SON DƏQİQƏ

Polis əməliyyat keçirdi - SAXLANILANLAR VAR

Tarix:

21-01-2019, 11:38

/ 10 254 dəfə oxundu.
Polis əməliyyat keçirdi -  SAXLANILANLAR VAR

Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az -a verilən verilən məlumata görə, yanvarın 19 və 20-də ölkədə 208 cinayət faktı qeydə alınıb, onların da 51-i "isti izlər”lə açılıb. 
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ