SON DƏQİQƏ

Evdən 25 min manat oğurladılar

Tarix:

13-07-2018, 12:53

/ 10 262 dəfə oxundu.
Evdən 25 min manat oğurladılar

Sabunçu rayonu, Saratov küçəsi 47-də yaşayan Xəyalə Qoca qızı Əhməd evində oğurluq olması barədə polisə şikayət edib.

GunAz.az xəbər verir ki,  naməlum şəxslər həyət evində pəncərənin dəmir barmaqlıqlarını sındıraraq içəridən 3400 manat, 5000 ABŞ dolları, 90 min Hindistan rupisi və 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar. Zərərçəkənin sözlərinə görə, təxminən 2 gün evə olmadığından baş vermiş cinayət barədə gec xəbər tutub. 

Faktla bağlı 12-ci Polis Şölməsində toplanmış materiallar cinayət işinin başlanması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ