SON DƏQİQƏ
» » 77 nəfər bu şikayətlə xəstəxanaya müraciət edib

77 nəfər bu şikayətlə xəstəxanaya müraciət edib

Tarix:

11-07-2018, 12:20

/ 10 255 dəfə oxundu.
77 nəfər bu şikayətlə xəstəxanaya müraciət edib

Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 77 nəfər günvurma şikayəti ilə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova GunAz.az -a bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 31-ə ambulator yardım göstərilib, 46-sına isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.

Müraciət edən 77 nəfərin 60-ı kişi, 17-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.

S.Əhmədova bildirib ki, bu il günvurmadan ölüm halı baş verməyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ