SON DƏQİQƏ

İmişlidə dəhşətli qəza: 1 ölü, 8 yaralı

Tarix:

25-06-2018, 15:47

/ 10 295 dəfə oxundu.
İmişlidə dəhşətli qəza: 1 ölü, 8 yaralı

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün İmişli şəhəri A. Şadlınski küçəsində Sarıxanlı kənd sakini, 1970-ci il təvəllüdlü Əsədov Babək Behbud oğlu idarə etdiyi 90-BB-693 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə Şahverdili kənd sakini, 1995-ci il təvəllüdlü Əmirov Elton Məmmədağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-SG-519 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişinlər - Sarıxanlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Əsədov Rəşad Babək oğlu, 1959-cu il təvəllüdlü Babayev Pencalı Feyruz oğlu, 1990-cı il təvəllüdlü Babayeva Leyla Pencalı qızı, 1963-cü il təvəllüdlü Babayeva Minarə Behbud qızı, 1995-ci il təvəllüdlü Fərzalızadə Coşqun Mahir oğlu, “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri - Məmmədli kənd sakini, 2011-ci il təvəllüdlü Rəhimli Yusif Zahid oğlu, sərnişini, 1988-ci il təvəllüdlü Əhmədov Nail Mail oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. (apa)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ