SON DƏQİQƏ

İki avtomobil toqquşub, xəsarət alan var

Tarix:

6-06-2018, 20:47

/ 10 530 dəfə oxundu.
İki avtomobil toqquşub, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gunaz.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Ərəbxana kənd sakini, 1979-cı il təvəllüdlü İlhamiz Əlabbas oğlu Vəliyevin idarə etdiyi "QAZ-31" markalı minik maşını ilə 1995-ci il təvəllüdlü Orxan Hafiz oğlu Fərəclinin idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub.

Nəticədə sürücü O. Fərəcli müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər