SON DƏQİQƏ

Qaxda arıçını ilan sancdı

Tarix:

30-04-2018, 22:52

/ 10 377 dəfə oxundu.
Qaxda arıçını ilan sancdı

Qaxda arıçını ilan sancıb.

Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 19:30 radələrində Balakən rayonu Katex kənd sakini, 1970-ci il təvəllüdlü Şahid Nəcbələddin oğlu Havalayev ilan sancması xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, arıçılıq təsərrüfatı ilə məşğul olan Şahid Havalayev Alazan çayının Qax rayonu ərazisindən keçən hissəsində, çay sahilinə özünə məxsus arı ailələrini yerləşdirmək üçün ərazidə təmizlik işləri aparan zaman ilan qəfildən onun sağ əlin ikinci barmağını sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şahid Havalayevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ