SON DƏQİQƏ

Ehtiyatsızlıqdan özünə xəsarət yetirib

Tarix:

21-03-2018, 16:29

/ 10 308 dəfə oxundu.
Ehtiyatsızlıqdan özünə xəsarət yetirib

Şamaxı sakini ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Gunaz.az report.az-a istinadən bildirir ki, rayonun Əngəxaran kənd sakini, 1984-cü il təvəllüdlü Xəyal Həqiqət oğlu Quliyev evdə təmir işləri aparan zaman əlindəki kəsici alət - "laqonda" ilə sol əlinin üst nahiyyəsini kəsib.

O, çoxlu qan itirdiyindən halı pisləşib. X.Quliyev ağır vəziyyətdə ailəsi tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin yardım göstərilib, yarası cərrahiyə olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, X. Quliyevin vəziyyəti kafidir.

скачать dle 12.1

Şərhlər