SON DƏQİQƏ
» » Azərbaycanda faciə: toy etməyə hazırlaşırdı, nişan günü öldü – VİDEO

Azərbaycanda faciə: toy etməyə hazırlaşırdı, nişan günü öldü – VİDEO

Tarix:

5-02-2018, 20:50

/ 1 106 dəfə oxundu.
Azərbaycanda faciə: toy etməyə hazırlaşırdı, nişan günü öldü – VİDEO

Toy etməyə hazırlaşan 35 yaşlı şəxs elə nişan günündə qəza törədərək dünyasını dəyişib.

 

Gunaz.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Hadisə dünən gecə saatlarında Zaqatala şəhəri ərazisində baş verib. Rayon sakini Əhməd Həsənov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək, avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb. Qəza nəticəsində o, aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

Qeyd edək ki, Əhməd Həsənov Rusiyadan bir neçə gün əvvəl ailə həyatı qurmaq məqsədi ilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ