SON DƏQİQƏ

Bakıda DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü

Tarix:

5-12-2017, 19:28

/ 713 dəfə oxundu.
Bakıda DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü

Bakıda yük maşını minik avtomobili ilə toqquşub.

Gunaz.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ