SON DƏQİQƏ

Məmurun bayramqabağı Çadır sevdası –Cavid İSMAYIL yazır

Tarix:30-12-2019, 19:36 Oxunub:2 769

Bir neçə gün öncə Nərimanov metrosunun çıxışında 5-6 ağ çadırın qurulduğunun şahidi oldum.

Əvvəlcə düşündüm ki, yəqin 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni təqvim ilinin dəyişməsilə bağlı müvafiq icra strukturları cənab Prezidentin səsinə səs verərək insanların rifahını düşünüblər və bayramqabağı xüsusi yarmarka təşkil ediblər.

Doğrusu çox sevindim. Sevindim ki, respublikada aparılan islahatlar fonunda, məlum Akstafa və Yevlax hadisələrindən sonra bir çox məmur qəflət yuxusundan oyanıb.

Elə bu gün iş elə alındı ki, həmin ərazidən keçəsi oldum. Xəyallarımda az qala “Kitabi Dədə Qorqud”dakı ağ cadır kimi canlandırdığım o ağ cadırlara tərəf iti addımlarla istiqamət almağa başladım. Gedə-gedə sevinərək düşündüm ki, bir tərəfdən il boyu gecəli gündüzlü, şaxtalı-qarlı günlərdə min əzabla əkib, becərdiyi məhsulu ucuz qiymətə möhtəkirlərə satmağa məcbur olan zəhmətkeş kənd insanlarımız məhsullarını bir neçə gün ərzində birbaşa istehlakçıya satacaq, digər tərəfdən isə sevinirdim ki, insanlarımız ortada möhtəkir olmadan Allahın bəxş etdiyi nemətləri daha ucuz qiymətə alacaq və bayram süfrələrini daha ürəkli açacaqlar. Eyni zamanda, zənnimcə, ən əsası, respublikada aparılan son islahatlar fonunda belə yarmarkaların təşkili, dövlətinin bir daha vətəndaşa qayğısını göstərmək və yerli məmurların cənab prezidentin çağırışına qoşularaq xalqın əsl xidmətçisi olduğunu hiss etdirmək olardı.

Əlqərəz. Həmin meydana daxil olarkən gördüm ki, çadırlarda xəyalımda canlandırdığım kənd təsərrüfatı məhsulları deyil, süni şam ağacı və ona aid aksesuarlar satılır. Elə bilin ki, həmin an xəyallar aləminə daldığım yuxudan məni kimsə dümsükləyərək oyatdı.

Yerində bir sual yarandı məndə; Şam ağacı və müxtəlif aksesuarların satılması da lazımdır, doğrudur. Zalımoğlu, bəs insafınız olsun, 5-6 çadırın hamısında da yox ki. Allahınız olsun!

Cənab prezident İlham Əliyev hər fürsətdə xalqın xidmətçisi olduğunu bəyan edir və əməlində onu göstərsə də, hələ bir sıra məmurlar xalqa xidmət etməyi həzm edə bilmirlər.

Elə bu arada, Bakı şəhərinin keçmiş meri Hacıbala Abutalıbovun yolüstü antisanitar şəkildə, insanların gəliş-gedişinə mane olan, binaların keçidlərini zəbt edən qanunsuz küçə ticarət "toçkaları" yenidən qayıdıb. Və bəla burasındadır ki, həmin "toçkalar" yenə də möhtəkirlərə aiddir. Olmazmı ki, daimi işlək yarmarkalar təşkil edəsiniz, insanlar öz məhsullarını orada satışa çıxara? Niyə bəziləriniz hələ də ölkə rəhbərinin səsinə səs verib xalqa xidmət etmirsiz?!

Bakı şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətlərinin rəhbərləri, bəlkə səhv deyirəm? Olmazmı ki, həftənin müəyyən günlərində daimi fəaliyyət göstərən yarmarkalar təşkil edilə? Orda möhtəkirlər deyil, insanlar öz məhsullarını satışı çıxara? Olmazmı ki, evdar ana-bacılarımız, əlil olan vətəndaşlarımız üçün stimul yaradaq, onlar öz əl işlərini həmin yarmarkalarda satışa çıxara?

Bu deyilmi, xalqa xidmətin bir növü?

Elə bu arada, piyada keçidinə yaxınlaşıb yolu keçmək istəyirdim, gözüm yol nişanına sataşdı. Bahooo.... Mexaniki olaraq sosial şəbəkələrdə ona xərclənən vəsaitin qiyməti yadıma düşdü. Adam o nişanlardan gözünü belə çəkmək istəmir. Bu barədə dəqiqləşdirib növbəti yazımda qeyd edəcəm.

Hələlik bu qədər.

Məmurun bayramqabağı Çadır sevdası –Cavid İSMAYIL yazır

Məmurun bayramqabağı Çadır sevdası –Cavid İSMAYIL yazır

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<