SON DƏQİQƏ

Rədd olun QARABAĞDAN

Tarix:

12-10-2020, 14:49

/ 3 097 dəfə oxundu.
Rədd olun QARABAĞDAN

Rauf İlyasoglu:

Xocalını qırdılar,
Nə Fransa  dilləndi,
Bizə qurğu qurdular ,
Dinc türklər güllələndi.

Qarda dondu körpələr,
Partladıldı körpülər
O erməni köpəklər,
Xalqımı güllələdi.

Silahı rus verirdi,
Mer- meyvəmi dərirdi,
Türkü yerə sərirdi ,
Necə güllələyirdi?

Şəhidlər ölümüylə,
Dünyanı heyran etdi .
Şəhidlər vətən oğlu,.
Vətənə qurban getdi.

Otuz ildi gözlədik,
İşğalçını izlədik, ,
Çıxmadılar, bizlədik.
Başına kül elədik.

Rədd olun Qubadlıdan,
Qatır ürkən atlidan ,
Laçın, Ordubadlıdan,
Öz yurduma gəlirik .
.
Doğma yurdum, Ağdamdan ,
Nigaranam ağ damdan,
Şuşada, Qarabağda,
Yenə bayram edərik.

Şuşa yolu açılar ,
Ağdama nur saçılar,
İşğalçılar qaçırlar,
Düşmən qəddin əyərik .

Laçın yolun aşağın,
Gəlsin səsi  aşığın.
Yanar yenə işığın,
Qələbəni görərik.

Atəşkəs edən zaman,
Erməni silah yığdı,
Gəncəyə atəş açdı,
Bizdən acığın çıxdı.

Ermənilər raketlə ,
Vurdu gecə Gəncəni,
Onlar alar cəzasın ,
Hiss edər işgəncəni.

Düşmən terror törədir ,
Atəşkəs bir tələdir,
Paşinyan gic, dəlidir,
Beyni əziləsidir.

Düşmən qorxur hər səsə,
Yalvarır, gör, hər kəsə.
İnanma atəşkəsə,
Dostları da ələdik.

Körpəyə güllə atan,
Qatil, iblisdən betər.
Belə şərəfsizlərə,
Dözməyək, daha yetər.

Ordumuz tarix yazır,
Düşmənlər yolun azır ,
Xalqım dayanıb hazır, 
Qələbə bizimlədir, .

Dağım, qalam izimdir,
Yanan qəlbim közümdür.
Ordum  gücüm,  dizimdir,
Qarabağım gözümdür,
Qara bağım bizimdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ