SON DƏQİQƏ

Qəmli xatirələrdən

Tarix:

11-12-2019, 00:00

/ 1 812 dəfə oxundu.
Qəmli xatirələrdən

Qəmli xatirələrdənSedaget Kerimova

Yenə payız xəzanı...
Yenə çiskin, yenə çən.
Yenə könül inləyir
Qəmli xatirələrdən.

Hanı qismət yazanım?
Nəyim qalıb, qoy desin.
Hünəri var, üzümə
Bu dünyadan doy desin.

Gəlsin yuxu yozanım,
Azaltsın acıları.
Nisgili yaman olur
Tüstüsüz bacaların.

Səslənir sübh əzanı,
Kədər dolu, qəm dolu.
Ondan keçir taleyin
Kəsə yolu, kəm yolu.

Mən tək dərdli ozanı
Kim arayar, kim anar?
Yaş ağacın kösöyü
İçin-için odlanar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ