SON DƏQİQƏ

NİYYƏTİMİN ŞAHİDİSƏN SƏN ALLAH

Tarix:

13-09-2019, 09:40

/ 1 555 dəfə oxundu.
NİYYƏTİMİN ŞAHİDİSƏN SƏN ALLAH

Kimsələrin malına xor baxmadım,
Məzlumların ürəyini yaxmadım.
Yıxılsam da, yıxanları yıxmadım,
Eyləmədim kimsəyə bir nalə-ah,
Niyyətimin şahidisən sən, Allah.

Həyat boyu çor deyənə can dedim,
Çox verdin çox, az verdinsə az yedim.
Nə verdinsə, verdiyinə şükr idim,
Gətirmişəm hər an sənə mən pənah,
Niyyətimin şahidisən sən, Allah.

Bu dünyanı bildim oyun-oyuncaq,
Tək səndən mərhəmət dilədim ancaq,
Uzanıb göylərə açanda qucaq,
Dedim ki əfv eylə, varımdır günah,
Niyyətimin şahidisən sən, Allah.

Dəysə də başıma qapazlar qoşa,
Qoymadım qəlbimdə küdurət coşa.
Tək sən verdiyini qalxmadın başa,
Açdın üzümüzə nurlu bir sabah,
Niyyətimin şahidisən sən, Allah.

Hər zaman əl açıb sənə Duyğulu,
Gedir ümüd ilə seçdiyin yolu.
Olsam da hər zaman ədalət qulu,
Büdrəsəm, yenə də etmərəm ah-vah,
Niyyətimin şahidisən sən, Allah.

Müəllif.M.Duyğulu.
10.09.2019.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ