SON DƏQİQƏ
» » Türkdilli şairlərin şeir antologiyası nəşr olunub-SİVASDA

Türkdilli şairlərin şeir antologiyası nəşr olunub-SİVASDA

Tarix:

8-08-2019, 13:24

/ 1 566 dəfə oxundu.
Türkdilli şairlərin şeir antologiyası nəşr olunub-SİVASDA

Bu günlərdə qardaş Türkiyə Pespublikasının sultanşəhər adlandırılan Sivas şəhərində Azərbaycan- Türkiyə - İraq türkmən elindən  gəlmiş şairlərdən ibarət beynəlxalq şeir konfransı təşkil olunmuşdur .
Azərbaycandan  17 nəfər şair bu toplantıda iştirak etmişdir. 
Sivas televiziyası ilə canlı yayımlanan konfransda Azərbaycandan , İraq türkmən elindən, Belçikadan, Almaniyadan, Turkiyənin bir çox diyarlarından ,Kərkükdən gəlmiş türkdilli şairlərin şeirləri dinlənilmişdir.
Sonra hər bir iştirakçıya
" Şairlər seçkisi -11" adlı şeir antologiyası təqdim olunmuşdur. 670 səhifəlik antologiyada 110 şairin şeirləri toplanmışdir. İldə bir dəfə nəşr olunan antologiyanın çap olunmasında məqsəd türkdilli şairlərin bir-  birinə tanıdılması ,  qardaş türkdilli xalqlar arasında mədəni, ədəbi əlaqələrin genişləndirilməsi və  dostluğun, qardaşlığın daha da  mohkəmləndirilməsidir. Antologiyanın çap olunmasında Sivas Yazarlar və Şairlər birliyinin rəhbəri ,  Türkiyənin xalq şairi Bəkir Alimin əməyi  xüsusilə təqdirəlayiqdir. Azərbaycan təmsilçisi Hacıxanım Aygun Huseyn 25 nəfər Azərbaycandan ,eləcə də İraq Turkmən elindən 20 dən çox şairlərin şeirlərini toplayaraq bu antologiyaya daxıl etmişdir.  
Antologiyanın tərtib olunmasında Bəkir Alim başda olmaqla,  yayım qurucuları Aygun Hüseyn, Nevin Kuliç, Fatma Erbaş, Sabina Serin , Şevki Kayaturan, Fatma Umar, Zəkəriyyə Duman , çalışma qurucuları Ahmet  Köşə, Bilal Karaman, Durhan Alıç, Mihriban Sari, danışma qurucuları Ahsen Özcan, Metin Cansız, Reşit Bahtiyar  böyük zəkmət çəkərək bu kitabı  araya- ərsəyə gətirmişlər. 
Nəfis tərtibatda  hazırlanmış kitabda şeirləri çap olunmuş hər bir şairə , eləcə də kitabın tərtibçilərinə uğurlar arzulayır və inanırıq ki bu antologiya türk dilli xalqlar arasında  daha geniş yayılmaqla  milli - mənəvi  dəyərlərimizin qorunmasında , tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın  təbliğində böyük əhəmiyyət kəsb edəcəkdir .
Rauf İlyasoğlu, 
Gunaz.az saytının redaktoru.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ