SON DƏQİQƏ

ATA ÇÖRƏYİ

Tarix:

13-05-2019, 17:36

/ 540 dəfə oxundu.
ATA ÇÖRƏYİ

Metanet Duyĝulu


(Ata qədri bilməyənlərə)

 

Övladı dünyaya gətirər ana,
Ya oğul, ya da qız verər cahana.
Atasa qəsd edib şirin bir cana,
Olar evinizin, arxa, dirəyi,
İnsanı böyüdər ata çörəyi.

Ata müqəddəsdir, biganə qalma,
Heç zaman üzünə qəti ağ olma.
Qəlbini incidib, könlünü qırma,
Bir azca ıncisə bil ki, ürəyi,
Səndən küsüb gedər ata çörəyi.

Səni ayaq üstə saxıayan da o,
Gizlicə halını yoxlayan da o.
Ömür karvanını haxlayan da o.
Axı onun da var sevgi gərəyi,
Qoyma getsin hədər ata çörəyi.

Atasız bir ömrü sanmayın asan,
Olmasa ürəkdə tənha yanarsan.
Bir zaman özün də ata olarsan,
O zaman keçmişə verərsən rəyi,
Səni peşman edər ata çörəyi.

Müəllif.M.Duyğulu.
13.05.2019

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ