SON DƏQİQƏ

Salam Türk dünyası,müjdə var sənə

Tarix:

26-04-2019, 13:58

/ 10 261 dəfə oxundu.
Salam Türk dünyası,müjdə var sənə

Bu gün səhər-səhər xoş bir xəbərlə rastlaşdım. Kərküklülərin nəhayət ki, öz doğma dilləri, Türk dili oldu.

Bu münasibətlə bütün Kərküklüləri və o cümlədən də bütün Türk dünyasını təbrik edirəm.Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir.

 

Salam Türk dünyası,müjdə var sənə,
İlbə-il yüksəlir bayrağın yenə.
O, millət sadiqsə doğma dilinə,
Deyildir qeyrətə, namusa bir yük,
Təbrik eyləyirəm mən səni Kərkük.

Bu dil ki, sənə heç özgə deyildir,
Qələmin həsrətdi gör neçə ildir.
Millətin qeyrəti vətəndir, dildir,
Bu gün gözümüzdə oldun lap böyük,
Təbrik eyləyirəm mən səni Kərkük.

Dinimiz, dilimiz deyir qardaşıq,
Düşmənin önündə birgə bardaşıq.
Xoş gündə toy büsat, darda yoldaşıq,
Heç zaman görməyək üzünü sönük,
Təbrik eyləyirəm mən səni Kərkük.

Günlər görmüsən ki, qaralı ağlı,
Bizim tək olmusan ürəyi dağlı.
Mənim yurd yerim də adınla bağlı,
Tarixdə biz dünən bir də bu günük,
Təbrik eyləyirəm mən səni Kərkük.

Salam Türk dünyası,müjdə var sənəMüəllif . M.Duyğulu

скачать dle 12.1

Şərhlər