SON DƏQİQƏ
» » “Çovdar çörəyi” romanı oxuculara təqdim olundu

“Çovdar çörəyi” romanı oxuculara təqdim olundu

Tarix:

12-11-2018, 20:18

/ 11 299 dəfə oxundu.
“Çovdar çörəyi” romanı oxuculara təqdim olundu

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi”ndə Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” kitabının təqdimat mərasimi keçirildi.

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” nin direktoru Misirxan Həsənov qeyd etmişdir ki, Azərkitabda gənclərimizin maariflənməsi, onların kitaba, mütaliyəyə marağının artırılması məqsədi daşıyan kitab təqdimatlarının keçirilməsinə çox önəm verilir

Azərbaycan Yazıçılar Birliyinin üzvü,Ukraynanın Müqəddəs Georgi ordeninə layiq görülmüş yazıçı Əlibala Məhərrəmzadənin mənəvi-əxlaqi mövzuda yazılan Çovdar çörəyi romanı, olduqca maraqlı süjet xəttinə malik olan dramatizmlə dolu ata-oğul münasibətinə ümumən valideyn və övlad arasında yaranan uçurumun dərinliyinə diqqət çəkir.

Təqdimat mərasimində oxucularla yanaşı, tanınan tənqidçilər,ziyalılar, Auditorlar palatasının sədri Vahid Novruzov, Energetika İnstitunun direktoru, akademik Arif Həşimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza tanınmış yazıçı Varis və media nümayəndələri işitirak edib.

Tədbirin aparıcısı kitabın redaktoru Avrasiya materikinin ədəbiyyat üzrə 2018-ci il LİFFT festivallar festivalının qızıl laureatı Varis, kitabda ilk öncə dedektiv ovqat duyulsa da, bu tam bir fərqli romandır, daha çox psixoloji triller olduğunu vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi romandan çox təsirləndiyini qeyd etdi. Sonra romanda ilk öncə gözə çarpmayan amma diqqət etdikcə görünən həyat reallıqları olduğunu vurğuladı.

Təqdimat mərasimində tanınmış ədəbi tənqidçi Vaqif Yusifli kitabı yüksək qiymətləndirdi. Romanda valideynlərlə övladlar arasındakı münasibətin xüsusilə də ata-oğul münasibətinin fərqli çərçivə əsasında işləndiyini və romanın geniş oxucu kütləsinin marağına səbəb olacağını bildirdi. Müəllif sualları cavablandırıb və kitabları imzalayıb.

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ