SON DƏQİQƏ

Səhlənkar vəd

Tarix:

12-08-2017, 18:11

/ 2 683 dəfə oxundu.
Səhlənkar vəd

Bahəddin Salman

Sonunda pulsuz günlərim bir günlükdə olsa pullu günümlə yerini dəyişəcəkdi. Vaxtında əlimdə olan pulların qədrin heç bilməmişdim. Ciblərimə girən pulun üzü yayın istisində tərləməmiş , qışın soyuğunda da qızınmamış elə saniyəsindəcə xərclənirdi. Heç olmasa zamanında yazıq anamada köməklik etmədim. Biçarə arvad indi nə əziyyətlər çəkmir? Əziyyəti gecə gündüz "kredit borclarını necə ödəyəcəyəm”cümləsiylə başlayıb "sələm borclarının dərdi lap məni çərlətdi .Elə axırda da yolnan getdiyim yerdə vallah ürəyim dayanacaq öləcəm, hayımada çatan olmuyacaq” sözü ilə də bitir. Doğrusuna qalsa anamın əziyyəti indiyədəkdə beləcə davam edir. Hələ Elladadan danışmıram . Pul gözümü elə qaraltmışdı ki ,qızın günəş kimi parıldıyan sevgisi gözümdə duman , dediyi hər kəlmə də qulaqlarımda baş xarab edən milçəkin dözülməz vızıltısına çevrilmişdi. Ancaq əvvəllər nə o günəş kimi parıldayan sevgi gözümdə dumanıydı , nədə dediyi hər bir kəlmə milçək vızıltısıydı.
Onunla bir universitetdə təhsil alırdıq. Elə tanışlığımızda buradan başlamışdı. Çox gözəl və yaxşı qız idi. Demək olar ki , ciddi baxımdan hər bir oğlanın arzusunda olan qızıydı.
Onunla təzəcə sevgili olduğum vaxtlarda heç bir yerdə işləmirdim . Belə deyək: cibimə bir yerdən qəpikdə olsun pul girmirdi. Evdən pul almaqdan isə utanırdım. Dediyim kimi ailə içi vəziyyətimizdə evdən pul almağıma şərait yaratmırdı. İlk görüşümüzdə cibimdə bir manatda olsun pul yoxuydu. Ancaq görüş üçün cibimə nə yolnan olursa olsun pul qoymalıydım. Məhz bu səbəblə Elladadan xəbərsiz "samsung S4 marka”lı telefonumu satıb həmin günü cibimə 250 manat pul qatlaya bilmişdim. Bu pulun 30 manatına özümə sadə nokia telefonu , çox az hissəsiylə isə körpə uşağın ayağına geydirilən yundan toxunmuş bir cüt papış alıb ,qalan pullada onunla görüşə yollanmışdım.
Həmin günkü görüşümüz heç yadımdan çıxmaz. Maddi dəyəri çox az olan hədiyyəm Elladanın gözlərin yaşartmışdı.Hədiyyə aldığım uşaq papışının sol ayağa geydirilən tayın onun ovcunun içinə qoyub , sağ ayağına geydiriləcək tayın isə öz əlimdə tutaraq bunları gələcəkdə, birlikdə dünyaya gələcək övladımızın ayağına geydirəcəyimizin sözün verdim. Çox təəsüf ki səhlənkarlığım ucbatından o papışın məndə olan tayını sonrakı günlərdə itirdim . Heç vaxt da axtarmağa cəhd etmədim.
Elladanı ilk görüşdəcə məftun etməyi bacarmışdım. Əvvəl əvvəl mənə tam şəkildə güvənmədiyini açıq aşkar bildirən qızın , ilk görüşümüzdən sonra mənə qarşı güvəninin hər saniyə artdığının şahidi olurdum . Onun dodaqlarından istehsal olunub mənim qulaqlarıma çatdırılan” səni sevirəm” sözünün sayı hər gün daha da artırdı . Bir qız xöşbəxt idi . Bunun səbəbkarı isə məniydim . Ara bir nə yaxşı ki var olduğumu , məni tanıyandan həyatının rəngarəng olduğunu bildirirdi. Təbii ki bütün bu hislər məndədə mövcuduydu. Onun gözlərinin içində xöşbəxtçiliyin rəqs etdiyini gördükcə mənim ağlım başımdan gözə görünmüyəcək qədər uzaqlara ,sonsuz xöşbəxtçilikərə yelkən açırdı. O xöşbəxt olduqca ,ikimiz də xöşbəxt olduqca mən onu daha artıq sevindirməyi özümə böyük borc bilirdim və bundanda mənəvi zövq alırdım. Cibimdəki pulsuzluqdan isə heç cürə zövq ala bilmirdim. Lakin hər nədə olsa sevdiyim qızla görüşə gedəndə bir yolnan pul tapırdım. Pul tapırdım deyən də yəni borca pul tapırdım. Eyni universitetdə oxuduğumuzdan məcburuydum ki hər gün aşağısı cibimə 6 yada 7 manat pul qoyum.İkimiz tək şəhərə çıxanda ,yəni necə deyərlər böyük görüşlərə çıxanda ALLAH saxlamış məhəllə uşağım həm də yaxın dostum Kamal mənə pul tapmaqdan bir təhər olurdu. Özündə də olmurduki çıxardıb cibindən versin. Universitetdə də əməlli başdıca dilənçi vəziyyətinə düşmüşdüm. Üç ildir kimi tanıyırdımsa , kimin simasın ölüsü üç dəfə görmüşdümsə birinci sözüm buydu: OOOO nə var nə yox brat necəsən ?
Onlarda nə deyəcəklər :OOOO sağol qardaşım salamatçılıq . Səndə nə var nə yox? – deyirdim -sağol şükür olsun ALLAHA.
Bu sözlər bitən kimi keçirdim əsas məsələyə : Qulaq as sənə bir işim düşüb amma aramızda qalsın.Üstümdə pul azdı dünən evdə olmamışam qardaşıva 3 yada 4 manat borca pul verə bilərsən? – Eləsi olurdu : Ayıb deyil o nə deməkdi – deyib əlin cibinə salıb çıxardıb pul verirdi , eləsi də olurdu: inanırsan üstümdə 80 qəpik pul var əgər istəsən 40 sənin 40 da mənim – gəl indi bunu istədə , beləsi olanda lap ölüb yerə girirdim.
Günlər ötdü aylar keçdi . Artıq borc istəməli adam limitim bitib tükəndi. Əvvəl əvvəl mənə borca pul verənlərin salamlaşmalarında " ooo "sözü itdi yalnızca necəsən dedilər. Bir azda vaxt keçdikcə üzlərində ki təbəssüm itdi.Universiteti bitirməyimə 8 ay qalmış isə məni qarşılarında görən kimi birdən birə ortadan itməyə başlayırdılar. Arada oğlanlar arasında "Behbud gəlir yenə 3 manat var ? deyəcək durun tez qaçaq "deyib gülməklərin eşidirdim.Günlərin bir günü dözməyib həmin uşaqlardan birini saxlayıb dedim : ə yekə kişisən adamın adama borcu olar o nə söhbətlərdi edirsiz ?-deyəndə mənə: düzdür adamın adama borcu olar day hamıyada yoxda - cavabın verdi. Xoşbəxt hal idi ki, bu cür sözlər Elladanın qulağına gedib çatmamışdı. Nə bilim bəlkə də çatmışdı.Ancaq yox məncə çatmamışdı. Çünkü yoxsul Behbudu onun yanında elə aparırdım ki ,arada metro qatarında gedərkən hamının əksin özünə əyri üyrü göstərən qatarın pəncərəsindən sırıtıq əksimi görəndə özümü lap öpüb qucaqlayasım gəlirdi.
Bir gün dostum Kamal ürəyin açıb danışmaq qərarına gəldi.
- Behbud qardaş sən bu qızı sevirsəndə elə deyilmi ?
-Eeee gicdiye bu .Əlbətdə!!
O-da səni sevirdə qardaş elə deyil?
-Bəs nə?
-A qardaş bəs sən bu qıza vəziyyətivi niyə açıb demirsən ? Denən ay sevgilim Vallah mənim vəziyyətim pisdir . Mən bir gün nəyisə çatdıra bilib , bir gün nəyisə çatdıra bilməsəm məni sən canın pis başa düşmə. Elə bilməki mən xəsisiəm. ALLAH haqqı ,atamın qara torpağı haqqı əgər o qız bu çətinliyivə görə sənə üz döndərsə gəlib mənim üzümə tüpürərsən.
-Əşi sən nə danışırsan ağlın qaçıbdeyəsən sənin ? Mən belə sözü ona deyə bilərəm?
Özün bil. Yoxee ay bala onda ya belə zülm çəkə çəkə itədə bir əppək borclu qal, pişəyədə, yada at hər gün universitetə getməyin daşın bir qırağa get iş tap işlə . İşləyə işləyədə universitetdə müəllimlərividə görərsən .
Bilmədim bu Kamal mənə pul tapmaqdan bezdiyi üçün belə məslət verdi yoxsa mənə doğrudan canı yandığındanmı?! Hər nə səbəbə məslət vermişdisə ilk saniyələrdə ağlıma batmıyan həmin sözlər , sonrakı dəqiqələrdə ağlıma elə batdı ki məsləhəti yerinə yetirmiyənəcəndə başımdan çıxmadı. Səhər erkəndən yuxudan oyanıb , telefonumu əlimə alıb Elladaya "həyatım dünən gecədən bizə rayondan qohumumuz gəlib ona görədə bu gün universitetə gələ bilmiyəcəm . Səni sevirəm danışarıq. – mesajını yazıb göndərdim . Ancaq mesaj getmədi.Çünki nömrəmdə istifadə üçün yetərli qədər kontur qalmamışdı. Əynimi geyinib anama heç bir söz demədən evdən çıxdım.Əhmədli metro stansiyasının keçidinə düşən anda cibimdə 20 qəpik də pulumun olmadığını xatırladım . Heç bir problem yoxuydu .Bunun da çarəsin tapmışdım.Bütün insanlar metro stansiyanın keçidinə düşdükdə bir başa giriş qapısına yaxınlaşırdılarsa , mən çıxış qapısından içəri daxil olub nəzarətçi qadının gözündən yayınaraq kart vurmadan keçib həyacanla vaqona tərəf irəliləyirdim. Pulsuz vaxtlarımda belə çarəsizliklərlə tez tez rastlaşırdım. Elə indidə belədir. Həmin gün ona yaxın iş yerinin qapısın döyüb sv buraxdım.
İş axtarışımın üzərindən iki gün keçmişdi. Elladanı universitetdən evə yola saldığım vaxtı telefonuma tanış olmayan nömrədən zəng gəldi. Zəngə cavab verdim. İncə səsli xanım onlara iş üçün sv buraxdığımı və mənim işə qəbul olunduğumun şad xəbərini verdi. Ellada gələn zəngin kimdən olduğunu soruşanda təbii ki işləməkdə utanılacaq heç bir şey olmadığından , işə qəbul olduğumu bildirdim. O , iş üçün nə zaman müraciət etdiyimi , işimin nədən ibarət olacağını zərif küskünlüklə məndən soruşdu. Mənsə iş axtarmaq üçün heç bir yerə getmədiyimi , yaxın qohumumuzun mənə işi düz qoş etdiyini işimin isə tikinti şirkətlərindən birində rəis şoferi işləməkdən ibarət olacağı yalanın uydurdum. O isə mənim işləmək planımımı niyə ona vaxtında demədiyimi soruşub ,bunu ondan gizlətdiyim üçün məndən küsdü. Heç beş dəqiqə keçmədiki könlün almağı bacardım . Dərslərimin nə olacağını soruşduqda ,müəllimlərlə danışıb hər şeyi həll edəcəyimi dedim . Məcbursan işləməyə ?-soruşanda isə -mən işsiz qala bilmərəm səni tanımamışdan öncədə mən gecələri çalışırdım- deyib bir yalan daha uydurdum. Biz indi az az görüşəcəyik ?- sualın verəndə isə - yox ən azı bir gündən bir görüşəcəyik.Bax bu sözüm o anda mənim üçün yalan yox doğruydu. Tək kəlməynən o mənim işləmək qərarımdan heç məmnun olmadı . Lakin o bilmirdi ki, mən hər şeyi ona görə edirəm .
Əslində tikintisi gedən binalardan birində qaravulçu çalışacağdım. İşə başladım. Səhərlər gedib axşamlar gəlirdim. Axşamlar gedib səhərlər gəlirdim. Səhər erkəndən gəldiyim vaxtlar axşama qədər yatırdım .Anamın üzünü rahatlıqnan görə bilmirdimsə , Elladanın üzünü demək olar həftədə bircə dəfə istirahət günümdə görürdüm. Zaman keçdikcə görüşdüyümüz istirahət günləridə ixtisara düşdü . Görüşə söz verib yorğunluqdan yuxuya gedib ,oyananda isə görüş vaxtının üzərindən 5 saatın 7 saatın keçdiyini görürdüm.Atamın qəbri üstə getməyi isə demək olar yadırqamışdım. Düzdür mən bir nəfərədə möhtac olmadan Elladaynan yaşayacağım xoşbəxt və sevincli günlərin , gələcəyimizin xatirinə işə düzəlmişdim. 250 manatlıq işə. Çox keçmədi çalışdığım iş yalnız adda 250 manatlıq maaşı olan iş oldu. İşə gedib gəlməyimin ikinci ayı idi . Artıq qarovulun çəkdiyim tikitisi gedən binanın ərazisinə düzülmüş tikinti materiallarını hər gün gizlincə və az- az satmağa başlamışdım. Bu tikinti materiallarını gündüzlər ora kamaznan qum , daş , şebel və başqa tikinti materialları boşaltmağa gələn İmran dayıya satırdım. Özüdə dəyər dəyməzinə. O da məndən aldığı materialları 5, 6 manat bahasına başqa yerə satırdı.Pul barəsində bütün problemlərim düzəlmişdi. Lakin haqqında danışdığım oğurluğu həyata keçirtmək mənim üçün axşamlar əlverişli olurdu. Buna görədə məndə binanın tikintisin aparan şirkətə müraciət edib; yalandan təhsilimlə bağlı problemlər yaşadığımı buna görədə məni axşam smeninə keçirtməklərin xahiş etdim. Əslində universitetlə problemlərimin olduğu yalan deyildi həqiqət idi. Elladayla telefonla əlaqə saxladıqda dekanın uşaqlara məni universitetdən azad edəcəyini bildirdiyini söyləmişdi. Mənsə nəyinki dekanın sözlərinə, axır vaxtlar hec Elladanın sözlərinə və özünə məhəl qoymurdum. Demək olar ondan soyumuşdum. Bilmirəm bu necə baş vermişdi. Elə bil bir il yarımlıq sevgim sehrbazın foksu nəticəsində yoxa çıxmışdı. Hər gün dalaşır, günlərlə küsülü qalırdıq. Aramızda olan münaqişələrdə yazıq qızın azda olsa səhvi yoxuydu. O məni yığıb axtarmasaydı mənim qətiyyən yadıma düşmürdü.
Şirkət xahişimi yerə salmadı. O gündən 3 gün keçdikdən sonra ancaq axşam novbəsində işləməyə başladım. . Artıq oğurladığım materialların həm sayın həmdə qiymətin artımışdım.Bütün fikrimi gecələr böyük ustalıqla tikinti materialların İmran dayının kamazına yükləməyə və 100 bəzəndə 150 manatı cibimə qatlamağa yönəltmişdim. Daha, nəhəng nəfsimin ətrafında mənə doğma olan heç kimə , heç nəyə yer tapa bilmirdim . Cibimdəki pulların sayı artdıqca həyatda hər şeyin dadına baxmaq istəyimdə get gedə artmağa başlayırdı. Hədsiz içki , məni əyləndirən qadınlar, yalançı dostlar , divarları mənə doğma gələn otel otaqları, eyş işrət məclisləri bir söznən şəhvani həyat və bunlardan çox aralıda dayanan unutduqlarım. Pul təpədən dırnağa bütün mənəviyyatımı ovsunlamışdı.
Bir neçə gün telefonuma anamdan gələn zənglərdən başqa keçmiş yaxınlarımdan Elladanın ,
Kamalın və bir çoxunun zənglərinə cavab vermədim. İki gündə keçikdən sonra hamıdan xəbərsiz telefon nömrəmi dəyişdim . Bu hərəkətim Elladadan ayrılmaq istəyimin qəti sübutu, dostum Kamalın zənglərindən təngə gəlməyimin ilkin göstəricisiydi. Lakin nə Ellada nə də Kamal onlardan qaçmağıma səbəb olan nəsə etməmişdilər.Nömrəmi anamdan savayı birdəki yeni tanışlarımdan savayı heç kim bilmirdi.
İki ay keçdi . Yenədə orada işləyib , gecələr vaxtı vaxtında oğurluğumu edib , səhərlər sülənib,evə bir köpükdə olsun xeyr verməyib yeni həyatımın ətrafında dayanmadan bərq vururdum.
Çox keçmədi yeni həyatımın ətrafında dayanmadan bərq vurduğum an, bir neçə şeyin başımı gicəlləndirib unutqan və səhlənkar məni ayaqlarım altında görmədiyim yerlərə gubbultuyla çırpdığını hiss etdim. Başımı gicəlləndirən şeylərdən əsası ,günlərin bir günü səhər vaxtı işdən evə qayıdarkən anamın böyük nifrətlə üzümə çırpdığı məktub oldu. Məktubda təhsil aldığım universitetdən azad olunmağımla bağlı təsdiq edilmiş qərar haqqında yazılmışdı. Anam hiddət və qəzəblə ağlayıb " sənin xeyirsiz işivin kimə nə faydası oldu axı " sözünü dayanmadan təkrarlayaraq sinəmə aramsız yumruqlar endirdi. Düzdür anam evə çox vaxt əyyaş vəziyyətində gəldiyimi , universitetə getmədiyimi gördüyü və bildiyi ilk saniyədən mənə özümü yığışdırmağımla bağlı xəbərdarlıq etmişdi. Ancaq mən məhəl qoymamışdım. Çox peşmanıydım . Bütün hər şeyi xariquladə şəkildə məhv etmişdim. Universitetdən qovulduğumu bilən kimi tez Elladanı xatırladım.Ona çox ehtiyacım varıydı.Bu peşmançılığımı ancaq Elladanın soyudacağını düşünüb onunla barışmaq , könlünü almaq niyyətinə gəldim . Gecə yeni nömrəmdən onun nömrəsinə zəng vurdum . O nömrəyə , mənim hər vaxt zəngimə cavab verilən nömrəyə zəng çatmadı. Yenə yığdım yenə zəng çatmadı. Qaranlıq gecə işıqlı səmaya qovuşanacan yığdım. Lakin nömrəsinə zəng çatamadı ki, çatmadı . O izini itirmişdimi?.
Səhər açılar açılmaz universitetə doğru yol aldım. Kaş onu tapa biləcəyimə ümüd etməzdim. Doğrudanda ümüd işgəncəni uzadırmış. Qrup yoldaşı Simadan Elladanın ,artıq təhsilini qiyabi davam etdirdiyi xəbərin alan anda məşəqqətli tənhalıq bütün bədənimi lərzəyə gətirdi. Misilsiz itkilər sanki məndən xəbərsiz ard arda düzülmüş mənim kimi məğlubun onların qədrin biləcəyim , onların itkisinə yanacağım saniyəni gözləyirmişlər.
Məhəllələrin tanıyırdım.Amma o məhəllədə ki, hansı mənzildə yaşadıqlarını, hansı eyvandan boylandıqlarını qətiyyən bilmirdim. Yəqin buda mənim səhlənkarlıqlarımdan ən böyüyü idi. Düz bir ay tanıdığım bu məhəlləyə getdim,gəldim. Elə bil o burada yaşamırmış. Məhəllədə onun izinədə rast gəlmədim. Qəlbimə və ruhuma onsuz bir türlü qida verə bilmirdim. Demək olar ki yaşadığım dünyada yolumu, öz bədənimdə isə özümü itirmişdim. Artıq işədə getmirdim. Bütün günü öz otağıma kiritlənmişdim. Çox keçmədi hərbi komissarlıqdan evimimizə çağırış vərəqəsi gəldi. Gəldiyi kimi də məni günlərdir divarlarına kiritləndiyim otaqdan çıxardıb özüylə bərabər uzun yolculuğa apardı. Ali məktəbdən qovulduğum üçün bir il altı ay əsgərlik çəkməli oldum. Bu il və aylar içərisində yanıma gələnlər Kamal ilə anam oldu. Elladanın yoxluğu bir il altı ay ərzində get gedə bərkiməyə , daşlaşmağa başladı. Onun yoxluğunu zorda olsa qəbullandım.
Ayların uzun yolculuğundan sonra əsgərlikdən qayıtdım. Taytuşlarım universiteti bitirmiş, əsgərliyə məndən sonra gedib məndən öncə gəlmiş, işə düzəlmiş ,bəziləri nişanlanıb bəziləri isə evlənib özlərinə həyat qurmuşdular. Mənsə qurmalı olacağım həyatı səhlənkar təkanlarımla çoxdan darmadağın etmişdim.
Xidmətdən dönəndən işsiziydim. Günlərin bir günü səhərin gözü yeni açılmışdı ki , ev telefonuna zəng gəldi. Telefon zənginin dayanmayacağını bilib zor bəlaynan çarpayıdan qalxaraq dəstəyi qaldırdım . Telefonun o başındakı dostum Kamal idi .
A kişi bəsdir yatdın tez ağ köynək , qara şalvar götürüb, get Neftcilərdə yerləşən "Abar" restoranına. Sənə ofsiant işi danışmışam . Administrator tanış adamdı. Deyib gəlsin hər gün işləsin gününə 20 manatda pul verəcəm.
Yenədə köhnə dost.
Dediyi köhnədən qalma ağ köynəyidə , şalvarıda götürüb bir başa həmin restorana yollandım.Sonunda pulsuz günlərim bir günlükdə olsa pullu günlərimlə yerini dəyişəcəkdi. Altun restoranının yerin tapıb administratora yaxınlaşdım. Oda məni baş ofsianta təqdim etdi. Özümlə gətirdiyim ağ köynək və şalvarı geyinib işə başladım. Baş ofsiant işə başlamazdan öncə məndən indiyə kimi ofsiant işləyib ,işləmədiyimi soruşanda – xeyr işləməmişəm – deyə cavab verdim. Məni salondakı 16 nəfərlik olan 23 cü masaya ofsiant köməkçisi təyin etdilər. Buna restoran diliynən "nayomnik” deyilir. Həmin günü salonda məndən əlavə 3 nəfərdə nayomnik varıydı. Masaların üzərinə süfrə salındı. Boşqablar , çəngəllər, qaşıqlar, badələr , yeməklər düzüldü. Toy yiyələri gəlməmişdən öncə ofsiantları yığıb məclis qabağı iclasda keçirtdilər. İclasda administrator ofsiantların qonaqlarla məsafəli , gülərüz ,diqqətli davranmalarını tələb etdi. Nəhayət bu prasudurda başa çatdı. Yavaş yavaş musiqi alətlərinin səsi bayaqdan boş olan salona toy süsü verməyə başladı.
Saat altı tamam olmuş, yeddiyə işləyirdi. Salon get gedə qonaqlarla dolmağa başladı. İlk dəfə gördüyüm işi əlim əsə əsə həyacanla həyata keçirirdim. Sən demə bu ofsiantlıqda çətin məsləkimiş. Yanımdakı ofsiant oğlan mənə ofsiant işində yeni olduğum üçün ancaq qonaqlara sok , su, spirtli içki süzməyimi xahiş etdi. Bu mənim üçün lap əla oldu. Onsuzda nəinki sabahdan ,hətda ömürlük ofsiant çalışmıyacağımı toyun başlamasına az qalmışdan özüm öz daxilimdə dəqiqləşdirmişdim. Belə qərara gəlməyimin səbəbi ofsiantlıq məsləkinin dərin diqqət tələb edən məslək olmasıydı. Əslində mənə gələcək vəd etmiyən işlərin xırdalığına qədər enməyi özümə vacib bilmirdim.
Öz işimdə idim . Masada əyləşmiş kişilərə araq süzürdüm. Məclis demək olar yeyib içmək sarıdan əməlli başdıca qızışmışdı. Nəhayət vağzalı çalındı. Restoranın salonunda divarlara yerləşdirilmiş televizorlardan gəlin və bəyin əyləşdikləri maşından düşüb pilləkanlarla yuxarı qalxdığını gördüm. Onlar pilləkanları qalxıb salona yaxınlaşmışdılar ki , tamadanın dediyi bu sözlər məni gəlinlə bəyə tərəf çönüb baxmağa vadar etdi. Tamada deyirdi: Əziz qonaqlar gəlin Kazım bəyi və Ellada xanımı bu gözəl günləri münasibətiylə ürəkdən alqışlıyaq. Bu adı çoxmu özləmişdim ? Ona görəmi diksinərək geriyə boylandım? Bilmirəm. Bircə bildiyim odur ki, Elladını ,bu qızı gəlin paltarında Kazım adlı yaraşıqlı oğlanın yanında görmək üçün özləməmişdim. Həmin an qəhərdən gözlərim doldu. İçimdə illərdir yuxuya verdiyim qız sanki yuxudan oyanmış və öz toyuna qonaq gəlmişdi. Mən isə bu toyda 20 manatlıq ofisiant idim. Ona əsəbləşmədim , onu qınamadım . Mənim kimi vicdansız birinin içində daşıdığı vəfasız məhəbbət əslində elə 20 manatlıq mükafatada layiq idi. O məni gördü . Tanıdıda. Ancaq məhəl qoymadı. Hər dəfə ona baxdıqca düşünürdüm ki, yəqin oda mənə gizlin gizlin baxır ,indi mən baxdığım vaxt gözlərin yayındıracaq . Lakin yox. Ellada nə baxırdı nə də o baxışları məndən yayındırırdı. Doğrusuna qalsa həsrətlə gözlədiyim o baxışları mən özüm öz əlimlə öz gözlərimdən çoxdan qovmuşdum. Elə yaxşısıda o idi ki mənə baxmırdı. Baxsaydı çox utanardım. O utancın əlindən qaçıb gizlənməyə isə yer tapa bilməzdim.
Beləcə gözlərimin önündə məni tanıyan amma mənə məhəl qoymuyan sevdiyim qızın başqa oğlanla nigahı oldu. Qədəhlərə süzülən gəlin bəy şərbəti bəh bəhnən içildi. Mənsə işimin gərəyincə həmin şərbət masasını ofsiant yoldaşlarla bərabər yığışdırmağa məcbur oldum. Bir anlıq toyu tərk etmək istədim. Ancaq tərk etmədim.Mən payıma düşən zülmə dözüb , nə cür yanlış etdiyimi dərinə kimi anlamalı və özümü sonsuzadək qınamalıydım. Onu sevəndə ,nə vaxtsa onun toyunda qonaqların badələrinə şərab süzən ofsiant olacağım ağlıma belə gəlməmişdi , gəlsəydi də qəh qəhə çəkib dayanmadan gülərdim. Toy davam edirdi. Bir ara baş ofsiantdan icazə alıb ayaq yoluna yollandım. Gen dünya mənə necədə dar gəlirdi. Ayaq yoluna çatar çatmaz boş kabinalardan birinə girib ,qapını içəridən möhkəmcə bağlayıb, hamıdan gizlin ,için için ağladım. Keçirtdiyim peşmançılıq hissi özümə qarşı duyduğum hörmət hissinin üzərindən pillə pillə basaraq məni özüylə bərabər ümüd vermiyən dərinliklərə dartırdı.
Üz gözümü yuyub yenidən salona qayıtdım. İçəri daxil olanda şəhvətli ərəb musiqisi çalınırdı. Salonun mərkəzində bir nəfər rəqs edirdi ,bu da rəqqasə xanımıydı. O, rəqs edə edə bəy və gəlinin masasının önünə tərəf yön alırdı. Mənə tapşırılmış masanın yanına gedib rəqqasənin Elladayla ərinin qarşısında necə oynamasını izlədim. Rəqqasə qız gözündən savayı bağlı üzü ,əynində ki yarı çılpaq libası , başına qoyduğu şamdanı və böyük ehtirasla tərpətdiyi çanağıyla bərabər elə bil bəyi axşam ki gərdək gecəsinin gözəlliyinə sarı yolçu edirdi. Birdən bəy kürsüsündə oturan bu əclafın gecə Elladanın dodaqlarından vüsal şərbəti içəcəyi həqiqəti bütün bədənimi sarmağa başladı. Bəs həmin vaxt mən nə edəcəkdim ? Əlbətdəki sevdiyim qızın toyundan sonra stol üzərində qalmış yemək artıqların və boşqabları yığışdıracağdım.
Ellada toy ərzində bircə dəfədə olsun gözümün içinə baxmadı. O gözlərdən mərhəmət baxışları gözlüyürdüm ancaq heç qəddar baxışlarada rast gəlmədim . Çox peşmanıydım.
Toy qurtardı. Gəlinlə bəy vağzalı havası ilə stullarından qalxıb zalın mərkəziylə addımlamağa başladılar. Qızlar , gəlinlər onun ətrafına dolanmışdılar. Kimisi gəlinliyin arxasın tutmuş ,kimi isə əlində gəlinin güzgüsün tutmuşdu. Növbə gəlinin arxasına baxmadan əlində tutduğu gülü arxada toplaşan cavanlara atmağa gəlib çatmışdı. Tamada gülün atılmasından ötrü bir , iki , üç sayırdıki Ellada gülü atsın. Mən bitmişdim. Ürəyim bütün bu baş verənləri daha qaldıra bilmirdi.
Ətrafımda olan oturacaqlardan birini yanıma çəkib əyləşdim.Oturacaga əyləşdiyim vaxt arxa cibimdə nəyinsə olduğunu ,oturmağım üçün mənə narahatçılıq törətdiyini hiss etdim. Ayağa qalxıb gözümü , Elladanın atdığı gülü, cavanların necə bir birini itəliyib yaxalamasına zilliyə - zilliyə mexaniki şəkildə əlimi arxa cibimə soxdum. Əlimin cibimdən nəsə çıxartdığını , tutduğunu hiss etdim.
Onlar getmişdi. Mən isə gözümü qapıdan ayıra bilmirdim. Birdən ətrafımda duran ofsiant yoldaşların gülüşdüklərini hiss etdim. Fikirləşdim yəqin onlar başdan hər şeyi anlayıblar. Üzümü onlara tərəf çevirdikdə onların əlimə baxaraq , qımışıb güldüklərini gördüm. Gözlərimi onlardan ayırıb öz əlimə nəzər yetirdikdə sol əlimdə ovcumun içərisində bir taylı uşaq papışını tutduğumu gördüm. İtirdiyim papışın mənə məxsus tayı sən demə illərdir keçmiş libasımın içində gizlənibmiş. İçərisinin körpə ayaq görməsi nə bu papışa , nədə Elladadakı papışa qismət olmamışdı. Onu həsrətlə qoxlamaq üçün bərk bərk üzümə sıxdım. Lakin təəsüfkü ondan körpə ətri yox, illər öncə Elladaya verdiyim böyük vədin çürük qoxusu gəlirdi...
SON

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ