SON DƏQİQƏ

ABŞ İrana qarşı sanksiyaların bir qismini ləğv etməyə hazırdır

Tarix:7-04-2021, 11:01 Oxunub:5 901

ABŞ İrana qarşı tətbiq edilmiş birtərəfli sanksiyaların müəyyən hissəsini ləğv etməyə hazırdır.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays ənənəvi brifinq zamanı bəyan edib.

O bildirib ki, burada söhbət nüvə sazişinə zidd olan sanksiyalardan gedir.

 

Dövlət Departamenti rəsmisi qeyd edib ki, bu addımın əvəzi olaraq, İran tərəfi də öz növbəsində ABŞ-a qarşı maksimalist tələblərdən imtina etməlidir.

Xatırladaq ki, bu gün Rusiya, Çin, Almaniya, Fransa və Britaniyanın iştirakı ilə Vyanada İranın nüvə proqramı ətrafında müzakirələr başlayıb.

Hazırda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli də Avstriya paytaxtındadır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<