SON DƏQİQƏ

AKP Səadət Partiyası ilə ittifaq qurur?

Tarix:

26-01-2021, 23:53

/ 1 318 dəfə oxundu.
AKP Səadət Partiyası ilə ittifaq qurur?


 

Türkiyənin Səadət Partiyasının Ali Şurasının rəhbəri Oğuzxan Asiltürk Prezident Rəcəb Tayyib Ərdoğanla bir müddət əvvəl baş tutan görüşü barədə açıqlama verib.

GunAz.az xəbər verir ki, O.Asiltürk ittifaq barədə deyilənlərə aydınlıq gətirib.

"Açıqlasam, parçalanma baş verə bilər. Mən söyləməyəcəyəm. İttifaqla bağlı seçkilərə bir həftə qalmış qərar veriləcək”, - deyə Asiltürk bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan bir müddət əvvəl adı çəkilən partiya mənsubunu evində ziyarət etmişdi. Bu ziyarətdən sonra Türkiyə ictimaiyyətində AKP-nin Səadət Partiyası ilə ittifaq quracağı ilə bağlı fikirlər səsləndirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ