SON DƏQİQƏ
» » Rusiya hərbi həkimləri Qarabağa niyə göndərib? - RƏSMİ AÇIQLAMA

Rusiya hərbi həkimləri Qarabağa niyə göndərib? - RƏSMİ AÇIQLAMA

Tarix:

15-01-2021, 09:20

/ 4 891 dəfə oxundu.
Rusiya hərbi həkimləri Qarabağa niyə göndərib? - RƏSMİ AÇIQLAMA

Hərbi həkimlər Dağlıq Qarabağda Rusiya sülhməramlılarını koronavirusa qarşı peyvənd etməyə başlayıblar. 

GunAz.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başlayıblar. Bu günlərdə "Sputnik-V” peyvəndinin 2 minə yaxın dozu xüsusi termokonteynerlərdə gələcəkdə istifadə edilməsi üçün xüsusi təyinatlı tibb dəstəsinə gətirilib”, - qurumda deyiblər.

Nazirlik qeyd edib ki, vaksinasiya iki mərhələli olacaq. Peyvəndin birinci komponentini yanvar ayının sonuna qədər, ikincisini isə fevralın 21-dək bütün sülhməramlılara vuracaqlar. İlk olaraq sülhməramlı kontingentin komandanlığı və hərbi həkimlər peyvənd olunublar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ