SON DƏQİQƏ
» » Rusiya peyvənd ilə bağlı nəticələr açıqladı - ŞAD XƏBƏR

Rusiya peyvənd ilə bağlı nəticələr açıqladı - ŞAD XƏBƏR

Tarix:

18-06-2020, 18:28

/ 3 750 dəfə oxundu.
Rusiya peyvənd ilə bağlı nəticələr açıqladı - ŞAD XƏBƏR

Rusiyanın paytaxtı Moskvadakı Burdenko hərbi xəstəxanasında koronavirusa qarşı hazırlanmış ilk peyvəndin sınağı keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, sınağın ilk mərhələsində 18 könüllüyə peyvənd köçürülüb. Onlarda heç bir əks təsirə rast gəlinməyib. Testə qatılanlarda hər hansı sağlamlıq problemi yaranmayıb.

Sınaqda iştirak edən şəxslərdən qısa müddətdə analizlər götürüləcək. Peyvəndin etibarlı olduğuna dair ilk bilgilərin əldə edilməsindən sonra ikinci könüllü qrupuna tətbiq ediləcək.

Qeyd edək ki, sınaqda hərbçilər və mülki vətəndaşlar iştirak edib.


скачать dle 12.1

Şərhlər