SON DƏQİQƏ

Qarabağda hərbi polislər də olacaq

Tarix:

14-11-2020, 12:24

/ 4 818 dəfə oxundu.
Qarabağda hərbi polislər də olacaq

Rusiya Müdafiə Nazirliyi Aerokosmik Qüvvələrin helikopterlərinin Dağlıq Qarabağa gedən rus sülhməramlıları karvanını müşayiət etdiyi ilə bağlı video yayımlayıb.

Dağlıq Qarabağ münaqişəsi zonasına göndərilən Rusiya sülhməramlı kontingenti BTR-82A tipli zirehli nəqliyyat vasitələri, "Tiqr" və "Tayfun" zirehli texnikaları da daxil olmaqla, ən müasir silah və xüsusi texnika ilə təchiz edilib.

Rus kontingentinə təmas xəttində keşik çəkəcək və konvoyları müşayiət edəcək hərbi polislər də daxildir. Rusiya Baş Qərargahının açıqlamasına görə, Qarabağdakı Rus müşahidə məntəqələrinin vəzifələri atəşkəs pozuntuları barədə məlumat toplamaq və bu məlumatları sülhməramlıların əmrinə çatdırmaq, tranzit nəqliyyatda hərəkət təhlükəsizliyinin təmin etmək, mülki əhaliyə qarşı qanunsuz hərəkətlərin qarşısının almaqdır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ