SON DƏQİQƏ

Qarabağda vuruşan xarici muzdlular

Tarix:

25-10-2020, 14:55

/ 3 110 dəfə oxundu.
Qarabağda vuruşan xarici muzdlular

Ermənistan hələ döyüşlərə başlamazdan əvvəl ordudakı çatışmazlıqları ört-basdır etmək üçün xarici muzdluları, terrorçuları Qarabağa cəlb etməyə başlamışdı.

Döyüşlər başladıqdan və Azərbaycan Ordusu qarşısında ciddi məğlubiyyətlərdən sonra Ermənistan hakimiyyəti bu prosesi tam sürətləndirib. Ermənistan ordusunun verdiyi ciddi itkiləri də nəzərə alsaq, bu, gözlənilən idi. Ermənistan diaspor vasitəsilə xarici ölkə vətəndaşlarını döyüşlərə cəlb edir. Hətta bunun üçün xüsusi reyslər də ayrılıb. (daha ətraflı - https://az.trend.az/azerbaijan/gundem/3321576.html)

Ermənistana əsasən Fansa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrdən muzdlular cəlb olunur.

Döyüşlərdə öldürülən muzdluların üzərindən çıxan xarici ölkə pasportları da bunu sübut edir. Azərbaycan Ordusu tərəfindən Yunanıstan vətəndaşları olan Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransadan Artur Ohannisyan, Kanadadan Kristofer Artin, Livandan Gevorq Haciyan, Suriyadan Stepan Keşişyan və digər bir çox ekstremist muzdlular məhv edilib.

Hazırda Ermənistan tərəfindən xarici muzdluların Azərbaycana qarşı döyüşməsi isə davam edir. Rusiya və Gürcüstan vətəndaşı, məşhur erməni separatçısı Vaxanq Çaxalyan da bu döyüşlərdə iştirak edir. Məlumatlara görə, Vaxanq Çaxalyan hazırda şimal cəbhəsindəki sığınacaqlarda gizlənib.

Milli Məclisin deputatı Arzu Nağıyev Trend-ə açıqlamasında bildirib ki, əslində Avropa özü də erməni əsilli radikallardan canını qurtarmaq istəyir, buna görə də onların Qarabağa gələrək döyüşməsinə ciddi maneələr yaradılmır. 1-ci Qarabağ müharibəsində də ermənilər aktiv şəkildə işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma ilə məşğul olurdular və məskunlaşmada da əsas məqsəd terror qruplaşmalarını mülki vətəndaşlar adı altında yerləşdirmək idi:

"Onlar terrorçu dəstələri, muzdluları gətirərərək guya dinc əhali kimi məskunlaşdırırlar. Buradakı bir məqam da ondan ibarətdir ki, son vaxtlar Avropanın bir sıra dövlətlərindən erməni əsilli radikallar və millətçilərin Dağlıq Qarabağda döyüşlərə gəlməsi intensiv xarakter alıb.

Əslində, burada Avropa dövlətlərinin də öz maraqları var. Əsas məqsədlərdən biri odur ki, Avropa özü də bu erməni əsilli radikallardan canını qurtarmaq istəyir və həmin radikalların ölkədən çıxması üçün şərait yaradırlar. Yəni Avropa dövlətləri erməni millətindən olan radikalları öz ərazilərindən birmənalı şəkildə, mədəni surətdə qovur. Onlar da əllərinə silah alaraq guya ki, "vətənpərvər” ruhda burada vuruşmağa gəlirlər. Avropa eyni anda 2 məsələni həll edir, yəni həm öz ərazisindən radikal erməniləri qovur, eyni zamanda həmin adla guya ki, ermənilərə köməklik göstərir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ