SON DƏQİQƏ
» » Ordumuz Füzuli və Cəbrayılda terrorçuları vurur

Ordumuz Füzuli və Cəbrayılda terrorçuları vurur

Tarix:

1-10-2020, 11:52

/ 4 808 dəfə oxundu.
Ordumuz Füzuli və Cəbrayılda terrorçuları vurur

Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində döyüşmək üçün PKK terrorçularını cəlb edib. Azərbaycan Ordusu hazırda terrorçularla mübarizə aparır.

Bu barədə Türkiyənin "A Haber” media qurumu məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusu hazırda cəbhənin Füzuli və Cəbrayıl istiqamətində Ermənistanın silahlı birləşmələri ilə yanaşı, PKK terror təşkilatının qruplaşmaları ilə də döyüş aparır.

Yayılan informasiyaya görə, İran üzərindən işğal olunmuş Azərbaycan ərazilərinə daxil olan PKK yaraqlıları Qarabağın şimalı və Göyçə gölü istiqamətindən döyüşlərə qoşulub.

Vurğulanır ki, PKK yaraqlılarına silah dəstəyini Rusiya, maddi dəstəyi Birləşmiş Ərəb Əmirlikləri, koordinasiyanı isə Fransadakı ASALA terror qruplaşması həyata keçirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ