SON DƏQİQƏ
» » "İran"dan Azərbaycana yersiz İDDİA- O BİZİMDİR!

"İran"dan Azərbaycana yersiz İDDİA- O BİZİMDİR!

Tarix:

3-07-2020, 08:04

/ 2 837 dəfə oxundu.
"İran"dan Azərbaycana yersiz İDDİA- O BİZİMDİR!

İranın keçmiş Mədəniyyət naziri Əhməd Məscid Cameyi Azərbaycan şairi Nizami Gəncəvini "fars şairi” kimi təqdim edib.

GunAz.az xəbər verir ki, Tehran Şəhər Şurasının üzvü bu iddianı İslam Respublikasının dövlət qəzeti olan "İran”da dərc edilən məqaləsində irəli sürüb.

"Azərbaycan Respublikasına səfərim zamanı bəziləri məndən Nizamini iranlı hesab etdiyimizin səbəbi barədə soruşurdular. Bu suala cavab vermək çətin deyil. Nizami əslində onun "Xəmsə” əsərini oxuyan, düşüncə dili farsca olan, bu dillə Nizaminin təfəkkürü ilə əlaqə yaradanların soyudur”, - Cameyi yazıb.

O, həmçinin Azərbaycanda Nizaminin heykəllərinin qoyulmasına toxunaraq, Tehran şəhərində də bənzər addımın atılması təklifini irəli sürüb:

"Tehran fars dili ölkəsinin paytaxtıdır. Bu şəhərdə bu mədəniyyətin yaradıcılarının yüksək mövqeyi öz əksini tapmalıdır”.

Məscid Cameyi eyni zamanda Nizami Gəncəvidən İranın Qafqaz və Orta Asiyadakı qonşuları ilə yaxınlaşma və həmrəylik vasitəsi kimi istifadə etməyi təklif edib.

İran rəsmiləri daha öncə də dəfələrlə Azərbaycanın tanınmış simalarını, o cümlədən özünün türk olduğunu yazan Nizami Gəncəvini mənimsəməyə çalışıblar. Azərbaycanın Gəncə şəhərində doğulub, bütün ömrünü doğma vətənində yaşayan Nizami zamanın şəraitinə uyğun olaraq fars dilində yazsa da, türk olduğunu əsərlərində və öz tərcümeyi-halında vurğulayıb.Teleqraf.com

Onun türkcə divanının olduğu da bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ