SON DƏQİQƏ

Tramp qırmızı bülletenlə axtarışa verildi – SON DƏQİQƏ

Tarix:29-06-2020, 17:00 Oxunub:4 672

İran general Qasım Süleymaninin öldürülməsi ilə bağlı 36 nəfər haqqında həbs qərarı çıxarıb.

Bu barədə Tehran prokuroru Əli Əl-Kasi Mehr deyib.

Mehr bildirib ki, terror aktında barmağı olan amerikalı və digər dövlətlərin siyasi və hərbi rəsmilərinin kimliyi məlum olub.

"Həbs qərarı qırmızı bülletenlə İnterpola göndərilib. Siyahının ilk sırasında ABŞ Prezidenti Donald Tramp yer alıb. Prezidentlik dövrü başa çatandan sonra belə məhkəmə işi davam edəcək”, - iranlı prokuror qeyd edib.

Qeyd edək ki, bu ilin 3 yanvar tarixində ABŞ İran İnqilabi Keşişkçiləri Korpusunun "Qüds” elit bölməsinin komandiri, general Qasım Süleymani ilə Haşdi Şabi qruplaşmasının rəhbəri Əbu Mehdi Əl-Mühəndisi İraqda öldürüb. ABŞ prezident bu hücumun onlar tərəfindən edildiyini rəsmən açıqlayıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<