SON DƏQİQƏ
» » Türk ordusundan Əsədə şok zərbə - “Fırtına” ilə vurdular

Türk ordusundan Əsədə şok zərbə - “Fırtına” ilə vurdular

Tarix:

17-02-2020, 11:06

/ 3 673 dəfə oxundu.
Türk ordusundan Əsədə şok zərbə - “Fırtına” ilə vurdular

Türk Silahlı Qüvvələri (TSK) Türkiyə sərhəd xəttində qaçqın şəhərciklərinin yerləşdiyi əraziləri vuran Bəşər Əsəd ordusuna qarşılıq verib.

GunAz.az xəbər verir ki, türk topçuları “Fırtına ” sistemləri ilə Əsəd ordusuna zərbələr endirib.

Bu arada bəlli olub ki, Türk ordusu İdlib istiqamətinə silah cəmləşdirməyə davam edir. Tank və zirehli avtomobillər, habelə raket sistemlərini daşıyan konvoy İdlib istiqamətində hərəkət edib. Məlumata görə, silahlar şimaldakı türk əsgərlərinin mövqelərinə çatdırılıb.

Bəşər Əsədin İdlibin mərkəzini əldə etməsinin qarşısını almaq məqsədilə TSK fərqli yerlərə yayılaraq müvəqqəti postlar qurduğu deyilir.

Yerli qaynaqlar qeyd edirlər ki, TSK son olaraq Hələbin qərbindəki Darat Aziza qəsəbəsi yaxınlarında və İdlibin mərkəzinin şimal hissəsində-Termanində müvəqqəti postlar qurub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ