SON DƏQİQƏ
» » İran Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib

İran Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib

Tarix:

18-01-2020, 18:35

/ 1 296 dəfə oxundu.
İran Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib

 İran Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib və nüvə sazişinin bir də müzakirəyə çıxarılmayacağını deyib.

GunAz.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif telekanala verdiyi açıqlamasında deyib.

Oman Sultanlığında səfərdə olan Cavad Zərif Əlcəzirəyə bildirib ki, ölkəsi Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrilə danışıqlara hazırdır.

İranın xarici işlər naziri həmçinin Britaniyanın nüvə sazişinin alternativi ola biləcək təklifinə də münasibət bildirib:

"Yeni nüvə sazişi barədə müzakirələr aparmayacağıq. Heç bir halda bu baş tutmayacaq."

Qeyd edək ki, İranın ali dini lideri də qonşu ölkələrdə danışıqların mümkün, lakin ABŞ-la müzakirələrin qeyri mümkün olduğunu deyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər