SON DƏQİQƏ
» » Hindistan səfiri yayılmış video ilə bağlı məlumat yaydı

Hindistan səfiri yayılmış video ilə bağlı məlumat yaydı

Tarix:

13-01-2020, 19:56

/ 1 816 dəfə oxundu.
Hindistan səfiri yayılmış video ilə bağlı məlumat yaydı

Azərbaycanda səfərdə olan  bir qrup Hindistandan olan gənc musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib. GunAz.az bildirir ki, bu çəkiliş son günlər sosial şəbəkədə geniş müzakirələrə v narazılığa səbəb olub. Şəhidlər Xiyabanındakı qəbirlərin önündən saymazyana və şən şəkildə qaçan bu hindli gənclərin orada necə çəkiliş aparmaları müəmmalıdır.

Hindistanın ölkəmizdəki səfiriliyindən verilən məlumata görə, səfir Bavitlunq Vanlalvav Şəhidlər Xiyabanında bəzi şəxslər tərəfindən sərgilənən hörmətsiz davranışlarla bağlı videonu izləyib. Səfirlik hər hansı bir şəxs tərəfindən nümayiş olunan bu cür davranışları ifşa edir. Səfirlik hal-hazırda bu məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və digər adiyyəti qurumlarla birgə işləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ