SON DƏQİQƏ
» » Əlcəzairdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Əlcəzairdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Tarix:

13-12-2019, 17:50

/ 557 dəfə oxundu.
Əlcəzairdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Əlcəzairdə prezident seçkilərinin ilkin və qeyri rəsmi nəticələri siyasətçi Əbdülməcid Təbunun öndə olduğunu göstərir.

GunAz.az  xəbər verir ki, ölkədə ötən gün keçirilən prezident seçkilərinin ilkin nəticələri sabiq baş nazir Əbdülməcid Təbunun öndə olduğunu göstərir.

Məlumata görə sabiq baş nazirdən sonra ikinci yerdə islamçı namizəd Əbdülqadir bin Qarinə yerləşir.

Əlcəzairin Müstəqil Seçki Komissiyası bildirib ki, ötən günkü seçkilərə seçicilərin yalnız 41 faizi qatılıb.

Seçki Komissiyasının məlumatına görə seçkilər ikinci tura qalarsa gələn ay keçiriləcək. Qalibin elə birinci turda müəyyənləşəcəyi təqdirdə isə, yeni prezidentin adı cari ayın 16 - 25 tarixində Konstitusiya Şurası tərəfindən açıqlanacaq.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ