SON DƏQİQƏ
» » Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

Tarix:

7-12-2019, 17:30

/ 663 dəfə oxundu.
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

Sudanda Ömər əl-Bəşirin devrilməsindən sonra yeni təşkil edilən hökumətin baş naziri Yəmənə göndərilən hərbi qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib.

GunAz.az xəbər verir ki, bunu Sudanın baş naziri Abdullah Hamduk ABŞ-a səfəri zamanı bu ölkə mətbuatına verdiyi açıqlamada deyib.

A. Hamduk bildirib ki, Sudanın Yəmən münaqişəsinə girməsi məsələsi sabiq prezident Ömər əl-Bəşir hökumətindən miras qalan problemdir.

Sudanın yeni baş naziri bildirib ki, onlar istədikləri zaman qüvvələrini Yəməndən çıxara bilərlər.

Onun sözlərinə görə Sudan Səudiyyə Ərəbistanı hərbi koalisiyası tərkibində olan 5 min qüvvəsini Yəməndən geri çəkməyi düşünür.

A. Hamdukun sözlərinə görə Yəmən münaqişəsinin həlli hərbi deyil siyasi yolla mümkündür.

Qeyd edək ki, husilər Yəmən müharibəsi dövründə Sudan hərbi qüvvələrindən 4 min əsgər və zabitinin öldürüldüyünü iddia edirlər.

N.SAFURA 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ