SON DƏQİQƏ

Sabahın hava proqnozu açıqlandı

Cəmiyyət / Foto / Manşet

Suriya böhranı İstanbulda müzakirə olunacaq

Tarix:6-12-2019, 12:25 Oxunub:1 144

Suriya böhranı üzrə Türkiyə, Böyük Britaniya, Almaniya və Fransa liderlərinin iştirakı ilə ikinci sammit gələn ilin fevral ayında İstanbulda keçiriləcək.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan NATO sammiti başa çatdıqdan sonra Londonda Türkiyə KİV-lərinin rəhbərləri ilə görüşü zamanı məlumat verib.

"Biz ildə azı bir dəfə dördtərəfli sammit keçirmək barədə qərar qəbul etmişik. İndi bu sammit fevral ayında İstanbulda baş tutacaq”, - deyə Türkiyə lideri bildirib.

Xatırladaq ki, Türkiyə, Fransa, Almaniya və Böyük Britaniya liderləri dekabrın 3-də Londonda NATO sammiti çərçivəsində bir araya gəlib və Suriya böhranı üzrə ilk görüş keçiriblər. Rəcəb Tayyib Ərdoğan danışıqların yaxşı keçdiyini deyib. Almaniya kansleri Angela Merkel də belə formatda ilk görüşün nəticələrini müsbət qiymətləndirib.

GunAz.az

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<