SON DƏQİQƏ
» » Türkiyə, Rusiya və İran prezidentləri arasında görüş sentyabrın 16-da keçiriləcək

Türkiyə, Rusiya və İran prezidentləri arasında görüş sentyabrın 16-da keçiriləcək

Tarix:

13-09-2019, 18:30

/ 2 013 dəfə oxundu.
Türkiyə, Rusiya və İran prezidentləri arasında görüş sentyabrın 16-da keçiriləcək

Sentyabrın 16-da Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.

GunAz.az-ın məlumatına görə, Ankarada baş tutacaq görüşdə Suriya böhranı müzakirə olunacaq. Zirvə görüşündə Suriyanın İdlib, Menbiç bölgələrində, Fərat çayının cənubunda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılacaq.

Ərdoğan daha sonra Rusiya və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
Görüşlərdən sonra mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, yaxın zamanlarda İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə daha bir sammit keçirilməsi planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ