SON DƏQİQƏ

Fransada müddətsiz nümayişlər başlandı

Tarix:

5-12-2019, 20:55

/ 1 793 dəfə oxundu.
Fransada müddətsiz nümayişlər başlandı

Fransada müddətsiz tətil və nümayişlər başlanıb. Böyük şəhərlərdə nəqliyyat sistemi iflic vəziyyətindədir. Təqaüdlə bağlı islahatlar əleyhinə ölkə üzrə 245 etiraz nümayişinin təşkil olunduğu bildirilir.

GunAz.az xəbər verir ki, polis Parisdə nümayişlərə mindən çox radikal anarxistin qoşulacağını xəbər verərək, bütün ticarət mərkəzlərinin bağlanmasını tövsiyə edib. Paytaxtda ictimai asayişin qorunması üçün 6 mindən çox polis səfərbər edilib.

Parisin Respublika meydanında artıq nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

Nümayişin əvvəlində 285 min nəfərin iştirakı etdiyi bildirilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ