SON DƏQİQƏ
» » Tel Abyadda həyat normallaşır - Suriyalılar vətənlərinə qayıdır

Tel Abyadda həyat normallaşır - Suriyalılar vətənlərinə qayıdır

Tarix:

21-11-2019, 20:15

/ 1 779 dəfə oxundu.
Tel Abyadda həyat normallaşır - Suriyalılar vətənlərinə qayıdır

Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı "Sülh Çeşməsi" əməliyyatı nəticəsində suriyalılar vətənlərinə qayıdır. Suriyalılar evlərinə qayıtmağın sevincini yaşayırlar.

GunAz.az bildirir ki, Türkiyə cənub sərhəddində terrorçulara qarşı başlatdığı  "Sülh Çeşməsi" əməliyyatı uğurla hədəfinə nail olur.

İllərdir terror təşkilatlarının işğalı səbəbilə torpaqlarından didərgin düşən suriyalılar "Sülh Çeşməsi" əməliyyatı ilə YPG/PKK terror təşkilatından təmizlənmiş Tel Abyada qayıtmağın sevincini yaşayırlar. Əməliyyat çərçivəsində YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyadda həyat normallaşır. Xalqın ehtiyaclarının ödənilməsi üçün demək olar ki, hər sahədə təmir-abadlıq işləri davam etdirilir.

Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başladılan "Sülh Çeşməsi" əməliyyatı YPG/PKK terror təşkilatının zülmü səbəbilə doğulduqları torpaqları tərk etmək məcburiyyətində qalan suriyalılar üçün də evə qayıdış ümidi oldu.

İllərlə evlərindən didərgin düşən suriyalılar "Sülh Çeşməsi" əməliyyatı nəticəsində Tel Abyadın yaşayış üçün yararlı vəziyyətə gətirilməsilə ata-baba yurdlarına qayıtmağın sevincini yaşayırlar.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ