SON DƏQİQƏ
» » İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib

İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib

Tarix:

20-11-2019, 20:30

/ 1 823 dəfə oxundu.
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib

İranın Ərdəbil və Həmədan əyalətlərinin inzibati mərkəzlərində son günlərin iğtişaşlarını pisləyən mitinqlər keçirilib.

GunAz.az bu barədə Mehr Agentliyinə istinadla xəbər verir.

Bildirilib ki, havaların soyuq keçməsinə baxmayaraq, bu gün Həmədan və Ərdəbil şəhərləri iğtişaşlara qarşı mitinqlərin şahidi olub.

Qeyd edək ki, ötən gün Zəncan və Təbriz şəhərləri də iğtişaşları pisləyən mitinqlərin şahidi olub.

Bildirək ki, ötən həftə İran hökumətinin benzinin qiymətinin qaldırılması qərarından sonra ölkədə etirazlar başlayıb. Etirazlar qısa zamanda qarətlər, iğtişaşlar və toqquşmalarla nəticələnib. İran polisi ölkənin müxtəlif bölgələrində mindən çox iğtişaşçı və onların başçılarını həbs etdiyini bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ