SON DƏQİQƏ
» » Moralesin təyyarəsi nəhayət ki, Meksikaya çatdı

Moralesin təyyarəsi nəhayət ki, Meksikaya çatdı

Tarix:

13-11-2019, 08:03

/ 846 dəfə oxundu.
Moralesin təyyarəsi nəhayət ki, Meksikaya çatdı

Boliviyanın eks-prezidenti Evo Moralesin olduğu Meksika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Paraqvayda eniş edib.

GunAz.az xəbər verir ki, bu məlumatı “ABC Color” qəzeti yayıb. Məlumata görə, təyyarə Paraqvayda yanacaq doldurmaq üçün eniş edib. Yanacaq doldurduqdan sonra təyyarənin Meksikaya uçuşunu davam etdirəcəyi vurğulanıb.

Təyyarənin Paraqvaya yön almasına səbəb isə Perunun Meksika təyyarəsinin ölkəyə girişinə izn verməməsi olub. Peru ilə bərabər, Çili və Braziliya da Moralesin olduğu təyyarənin ölkənin hava məkanına giriş etməsinə izn verməyib.

***

Eks-prezident Evo Moralesi daşıyan təyyarə Meksikaya eniş edib.

Moralesi hava limanında Meksikanın Xarici İşlər naziri Marselo Ebrard qarşılayıb.

"Bu, bizim üçün sevindirici bir gündür, çünki sığınacaq verə bildik", - XİN başçısı qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ