SON DƏQİQƏ
» » Çində Marsın tədqiqi üçün raket nümayiş edilib

Çində Marsın tədqiqi üçün raket nümayiş edilib

Tarix:

17-10-2019, 13:51

/ 1 781 dəfə oxundu.
Çində Marsın tədqiqi üçün raket nümayiş edilib

Çin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) Mars planetinin tədqiqi üçün göndəriləcək "Mars 1" kosmik gəmisinin ilk şəklini dərc edib.

Tədqiqatçıların iki il sonra Qırmızı planetə göndərilməsi nəzərdə tutulur.

Alimlər qeyd edir ki, Marsın tədqiqi üzrə missiya üç mərhələdən ibarət olacaq. Kosmik gəmi Qırmızı planetin ətrafında dövrə vurduqdan sonra eniş edəcək, daha sonra ora baxış keçirəcək.

Hazırda Çinin Qobi səhrasında Marsdakı landşaftın və həyat şəraitinin imitasiyası üçün baza düşərgəsi qurulub.

Məlumata görə, kosmik gəminin sərnişin tutumu 60 nəfər təşkil edəcək. Onun bünövrəsi ağ, qübbəsi isə gümüşü rəngdədir. Bundan başqa, gəmi doqquz modul, o cümlədən yaşayış və dispetçer otaqları, istixana və hava şlüzü ilə təchiz edilib.

Qeyd edək ki, "SpaceX" şirkətinin təsisçisi İlon Mask da Mars və Aya yük və sərnişinlər daşıyacaq çoxdəfəli kosmik gəminin prototipini təqdim edib. Sahibkarın sözlərinə görə, raketin sərnişin tutumu 100 nəfər təşkil edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ