SON DƏQİQƏ
» » Pakistanla Hindistan arasında gərginlik fonunda baş nazir İmran Xan Kəşmirə gedir

Pakistanla Hindistan arasında gərginlik fonunda baş nazir İmran Xan Kəşmirə gedir

Tarix:

14-08-2019, 20:50

/ 1 783 dəfə oxundu.
Pakistanla Hindistan arasında gərginlik fonunda baş nazir İmran Xan Kəşmirə gedir

Hindistanın nəzarətində olan Kəşmirin hüquqi statusunun rəsmi Dehli tərəfindən ləğv edilməsindən sonra Pakistan baş naziri İmran Xan bölgəyə səfər edir.

GunAz.az  Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə Pakistanın rəsmi mənbələri məlumat veriblər.

Bildirilib ki, Pakistanın istiqlaliyyət günü ərəfəsində İmran Xan Kəşmirə baş çəkəcək.

Qeyd edək ki, Pakistan, Cammu və Kəşmir muxtariyyəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclas keçirməsini istəyib. Avqust ayının əvvəli Hindistanın baş naziri Narendra Modi da Cammu və Kəşmirin muxtariyyətini təmin edən konstitusiya bəndinin ləğv edilməsini rəsmən bəyan etmişdi. Bundan sonra Pakistan Hindistanla bir sıra əlaqələri dayandırıb. İmran Xan dünya ictimaiyyətini Hindistanla bağlı ölçü götürməyə çağırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ