Gürcüstanda sərnişin qatarı relsdən çıxdı

Gürcüstanda sərnişin qatarı relsdən çıxıb. 

Sputnik-Georgia agentliyinin məlumatına görə, hadisə Kutaisi dəmir yolu vağzalından 150 kilometr aralıda baş verib.

Qəza baş verən ərazidə polis əməkdaşları işləyir. Sərnişinlər təxliyə olunub. 

Qatar Kutaisidən Batumiyə gedirdi. Hadisə nəticəsində xəsarət alan olmayıb.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]