SON DƏQİQƏ
» » İnqilab Rəhbəri bir qrup pasdarın şəhid olması münasibətilə başsağlığı verib

İnqilab Rəhbəri bir qrup pasdarın şəhid olması münasibətilə başsağlığı verib

Tarix:

14-02-2019, 19:32

/ 10 251 dəfə oxundu.
İnqilab Rəhbəri bir qrup pasdarın şəhid olması münasibətilə başsağlığı verib

İslam İnqilabının Böyük Rəhbəri Sistan və Bəluçestan vilayətindəki terror hadisəsində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın üzvlərindən bir qrupunun şəhid olması münasibətilə başsağlığı veriblər.

Həzrət Ayətullahuluzma Xamenei bu gün bir müraciətdə bildirib ki: "Muzdurların cinayətkar əlləri bir daha ölkənin əməli-saleh və xidmətçi gənclərinin qanlarına bulaşdı və özlərini xalqın təhlükəsizliyinin və sərhədlərin qorunmasına vəqf etmiş insan sərmayələrindən bir qrupu üzüqara və daşürək terrorçuların hücumunda şəhid oldu".

İslam İnqilabının Böyük Rəhbəri əlavə edib: "Bu cinayət amillərinin regiondakı və regiondan kənar bəzi ölkələrin casusluq təşkilatları ilə əlaqələri qətidir və ölkənin məsul orqanları onun üzərində təmərküzləşməli və onu ciddi şəkildə izləməlidirlər".

Həzrət Ayətullahuluzma Xamenei həmçinin bu terror hücumu şəhdilərinin ailələrinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın böyük ailəsinə başsağlığı verərək, Allah-Taaladan onlar üçün səbir və ilahi mükafat, həmçinin şəhidlər üçün yüksək dərəcələr, yaralılara da tez bir zamanda sağalma diləyibdir.

Dünən gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qalıb. Nəticədə 27 sərhədçi şəhid olub, 13 nəfər də yaralanıbdır.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini üzərinə götürübdür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ