SON DƏQİQƏ
» » Ankara İraqı xəbərdar etdi: Əməliyyatlar davam etdiriləcək

Ankara İraqı xəbərdar etdi: Əməliyyatlar davam etdiriləcək

Tarix:

15-12-2018, 20:10

/ 10 197 dəfə oxundu.
Ankara İraqı xəbərdar etdi: Əməliyyatlar davam etdiriləcək

Ən son terrorçu məhv edilənə kimi Türkiyə İraqın şimalında əməliyyatları davam etdirəcək.

GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun verdiyi bəyanatda deyilir.

“Türkiyə daxili təhlükəsizliyi təmin etməkdən ötrü terrorçu təşkilatlara qarşı mübarizə çərçivəsində belə əməliyyatları davam etdirəcək”, - deyə bəyanatda qeyd olunur.

Xaric İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Ankara terrorla mübarizədə İraq hökuməti ilə əməkdaşlığa ümidvardır.

Ötən gün Türkiyənin İraqdakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. “Türkiyə aviasiyasının müntəzəm olaraq İraqın hava sərhədini pozması” ilə əlaqədar səfirə etiraz notası təqdim olunub.

Xatırladaq ki, cümə günü Türkiyə hərbi hava qüvvələri İraqın şimalındakı terrorçu mövqelərinə aviazərbələr endirərək, səkkiz PKK yaraqlısını məhv edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ