SON DƏQİQƏ
» » Bağdad Sincardakı PKK silahlılarını təmizləyir

Bağdad Sincardakı PKK silahlılarını təmizləyir

Tarix:

29-03-2018, 08:00

/ 10 291 dəfə oxundu.
Bağdad Sincardakı PKK silahlılarını təmizləyir

Ankara İraqdakı PKK düşərgələrini məhv edir

İraq ordusu və “Həşdi Şabi” birlikləri ölkənin şimalında yerləşən Sincar bölgəsinə yerləşdirilir. Bu barədə İraq kürd muxtariyyətinin “Rudaw” telekanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bir gün əvvəl İraq ordusu baş qərargah rəisi Osman əl-Qənimi də Sincara gedərək hərbçilərlə görüşüb.

Qeyd edək ki, Sincar İraqın şimalında yerləşir. Əsasən yezidi kürdlərin yaşadığı bölgə kimi tanınan Sincar həm də PKK-nın düşərgələrinin yerləşir. Son zamanlar ölkənin cənub-şərq vilayətlərində PKK silahlılarına qarşı hərbi əməliyyatları gücləndirən Türkiyə hökuməti PKK-nın təchizat bazası rolunu oynayan Sincarda da təmizlənmə əməliyyatı keçirəcəyini bəyan edib. ancaq rəsmi Bağdad bu qərara etiraz edib. İraq hökuməti Sincarı PKK-dan təmizləyib nəzarətə götürəcəyini bəyan edib. İraq ordusu baş qərargah rəisinin də Sincara ordunun yerləşdirilməsinə nəzarət etmək üçün gəldiyi bildirilir.

O da məlum olub ki, baş qərargah rəisi Sincarda Şenqal Müqavimət Birlikləri rəhbərləri ilə görüşüb. Maraqlıdır ki, ŞMB Türkiyə hökuməti tərəfindən PKK-nın yerli qolu hesab olunur. Ehtimal olunur ki, İraq ordusu Sincarda digər qüvvələrin çıxarılması və İraq ordusunun asayişi təmin edəcək.

Qeyd edək ki, iki gün əvvəl Türkiyə və İraq baş nazirləri Binali Yıldırım və Heydər İbadi arasında Sincar mövzusu ilə bağlı telefon danışığı olub. Telefon danışığı zamanı Türkiyə baş naziri iraqlı həmkarından PKK-ya qarşı lazımı addımları atmasını istədiyi bildirilir. Eyni zamanda Yıldırım terrora qarşı mübarizədə İraq və Türkiyə arasında əməkdaşlığa vurğu edib. Baş nazir İbadi bildirib ki, “yerli təhlükəsizlik qüvvələrinə “əcnəbi savaşçıların” Türkiyəyə qarşı sərhəddə hücumlar təşkil etməsinin qarşısını alma təlimatı verib”.

İraq kürd administrasiyasının baş naziri Neçirvan Bərzani də muxtariyyət ərazilərindən qonşu ölkələrin təhlükəsizliyinin təhdid edilməsinə razı olmayacaqlarını bildirib. Türkiyənin İraq ərazilərindəki əməliyyatlarının səbəbinin PKK olduğunu qeyd edən Bərzani qonşu ölkələrə qarşı təhlükə yaradılmasına qarşı olduqlarını deyib.

Xatırladaq ki, Türkiyə ordusu artıq bir neçə gündür havadan İraq ərazisindəki PKK mövqelərini bombalayır. Ankara hesab edir ki, əvvəlki kimi PKK-nın əsas bazalarından biri də İraq ərazisi, konkret olaraq Sincar bölgəsidir. Ötən ilin oktyabrında Türkiyə məhz Bağdada dəstək verərək İraqdakı kürd separatizminin qarşısının alınmasında kilid rol oynayıb. İndi isə Ankara Bağdaddan Sincar və digər bölgələrdəki PKK düşərgələrini təmizləməyi tələb edir. Əks təqdirdə bu ərazilərə özü əməliyyat keçirəcəyini bildirir. İraq isə xarici müdaxilənin baş verməməsi üçün PKK-nı qalmaqallı Sincar bölgəsindən çıxarmağa çalışır. Ehtimal ki, bu əməliyyatların daha bir səbəbi Suriyadakı YPG-yə qarşı davam edən əməliyyatlardır. Ankara PKK-nın ölkə ərazisində aktivləşəcəyindən narahatdır. Çünki Suriyada Türkiyə ordusuna ciddi müqavimət göstərə bilməyən PKK silahlılarının Ankaranı dayandırmaq üçün ölkənin cənub-şərq vilayətlərində fəallaşması mümkündür. Bu ehtimal Ankaranı İraqdakı PKK bazalarına qarşı məhvetmə əməliyyatı keçirməyə vadar edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ