İspaniyanın ən böyük bölgəsində radikallar hakimiyyəti götürür

İspaniyanın Əndəlüs muxtar bölgəsində keçirilən yerli parlament seçkilərində 36 ildən sonra ilk dəfə radikal sağ təmayüllü partiyalar qələbə qazanıb.

GunAZ.az xəbər verir ki, İspaniyanın 17 yerli idarəetmə arasında 8,5 milyon əhalisi ilə Əndəlüs muxtar bölgəsi birinci yerdə durur.

Burada radikal qüvvələrin hakimiyyətə gəlişi miqrantlar üçün ciddi problemlərin əsasını qoya bilər.

Seçkilərə əhalinin 57 faizi qatılıb. 36 ildən sonra ilk dəfə sosialistlər yerli parlamentdə çoxluğu itirib.

Sosialist İşçi Partiyasının deputat sayı 47-dən 33-ə düşsə də, seçkidə ən çox səs alan partiya hesab olunur. Lakin bu sayda deputatla hökumət formalaşdırmaq son dərəcə çətindir.

Sağ partiyalardan Ciudadanos 21, Xalq Partiyası 26, Vox 12 deputat mandatı əldə edib. Bu o deməkdir ki, sağ partiyalar iqtidarda olmaq üçün tələb edilən 55 deputat sayını keçib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]