SON DƏQİQƏ

Livanda 9 il sonra ilk seçki

Tarix:

6-05-2018, 10:53

/ 10 308 dəfə oxundu.
Livanda 9 il sonra ilk seçki

Livanın bütün regionlarında parlament seçkilərində səs vermək üçün seçki məntəqələri açılıb.

Trend-in məlumatına görə, səsvermə yerli vaxtla 19:00-dək davam edəcək.

Parlamentin 128 yerinə qeydə alınmış 976 namizəd iddia edir. Bununla, parlamentdə yerlər 11 qrup arasında etnokonfessional göstəriciyə görə bölüşdürülüb. Məsələn, sünni və şiə müsəlmanlar ayrı-ayrılıqda 27 yer alıblar, maronit xristianlar - 37 yer.

Livan vətəndaşları 2009-cu ildən bəri parlament seçkilərində ilk dəfə səs verirlər. Bundan əvvəl fəaliyyətdə olan parlament siyasi qeyri-sabitlik adı altında müstəqil şəkildə öz müddətini üç dəfə uzadıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ