SON DƏQİQƏ
» » Rusiya bu dəfə Türk əriklərindən imtina etdi

Rusiya bu dəfə Türk əriklərindən imtina etdi

Tarix:

19-07-2018, 21:33

/ 10 251 dəfə oxundu.
Rusiya bu dəfə Türk əriklərindən imtina etdi

Rusiya, Türkiyədən gətirilən 20 tondan artıq ərikdə Aralıq Dənizi meyvə milçəyi müəyyən edib.

GunAz.az xəbər verir ki, Rusiya, Türkiyədən gedən 20 tondan çox meyvənin sağlamlığa zərərli olduğu səbəbilə ölkəyə girişinə icazə verməyib.

"Kurskiye İzvestiya" qəzetinin xəbərinə görə, Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Agentliyi (Rosselhoznadzor), Kurskvilayətində Türkiyədən gətirilən 20 tondan artıq ərikdə Aralıq Dənizi meyvə milçəyi müəyyən edib.

Xatırladaq ki, Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Agentliyi (Rosselhoznadzor), bu ayın əvvəlində Türkiyədən gətirilən 15 ton çiyələyi sağlamlığa zərərli maddə ehtiva etdiyi səbəbilə ölkəyə almamışdı. Türk malı çiyələklərə Novorossiysk Limanında əl qoyulmuşdu.

Rosselhoznadzor, keçən il may ayının sonunda isə Türkiyədən gətirilən pomidorlarda zərərli maddələrə rast gəlindiyini açıqlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ