SON DƏQİQƏ

Rusiyadan Türkiyəyə qadağa

Tarix:

3-11-2017, 18:57

/ 1 033 dəfə oxundu.
Rusiyadan Türkiyəyə qadağa

Rusiyanın kənd təsərrüfatı məhsullarının yoxlanması agentliyi Vladivostok limanında Türkiyədən idxal edilən toyuq ətini geri qaytarıb.

Gunaz.az xəbər verir ki, bununla bağlı verilən açıqlamada 23 ton toyuq ətinin ölkəyə idxalına qadağa qoyulduğu bildirilib.

Agentliyin verdiyi məlumata görə, buna səbəb toyuq ətlərinin tərkibində antibiotikin miqdarının normadan çox olmasıdır.

Rusiya qanunlarına görə idxal edilən məhsulda insan sağlamlığı üçün zərərli maddələrin miqdarı normadan çox olarsa, o ya geri qaytarılır, ya da yerindəcə məhv edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ