SON DƏQİQƏ

Sarkisyan ailəsinin hesabları donduruldu

Tarix:

18-05-2018, 19:34

/ 10 226 dəfə oxundu.
Sarkisyan ailəsinin hesabları donduruldu

Erməni Vəkillər Assosiasiyası sabiq prezident və baş nazir Serj Sarkisyanın ABŞ səfirliyindəki hesabları ilə bağlı qalmaqallı məlumatları araşdırmağa çalışıb.

Gunaz.az Oxu.Az-a istinadən xəbər verir ki, Erməni Vəkillər Assosiasiyasının sədri karen Zadoyan bildirib ki, ABŞ tərəfi Serj Sarkisyan və onun ailəsinin hesablarının dondurulması ilə bağlı məlumatı təkzib etməyib.

Bundan əvvəl, erməni KİV-də Serj Sarkisyan və onun ailəsinin ABŞ-dakı hesablarının dondurulması və beynəlxalq korrupsiyaya qarşı idarənin nümayəndəsinin Ermənistana araşdırmalara gəlməsi barədə məlumat yayılıb.

“Biz ABŞ səfirliyinə müraciət etdik. Məlumatı təsdiqləmədilər, lakin təkzib də etmədilər”, – deyə Zadoyan bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ