SON DƏQİQƏ

Krala qarşı hörmətsizlik

Tarix:

17-05-2018, 21:02

/ 10 309 dəfə oxundu.
Krala qarşı hörmətsizlik

And içmə mərasimində Torra İspaniya kralı VI Filip və İspaniya konstitusiyası barədə söz açmayıb.

Gunaz.az xəbər verir ki, Əvəzində o Kataloniya xalqına sadiq olacağına və sədaqətlə xidmət edəcəyinə and içib.

Onun pencəyində Kataloniyanın azadlığı uğrunda həbs edilmiş aktivist və siyasətçilərlə həmrəylik əlaməti olaraq sarı band bərkidilib.

Həmçinin İspaniya hakimiyyət nümayəndələrindən heç kim bu mərasimdə iştirak etməyib.

Qeyd edək ki, Kim Torra Kataloniyanın eks rəhbəri Karles Puçdemanın yaxın dostu olub. Mayın 14-də Kataloniyanın 131-ci rəhbəri seçilib. Səsvermə zamanı Kataloniyanın müstəqilliyi siyasətini davam etdirəcəyinə söz verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ